Menu

“Azərsun”un tərkibində olan zavodun bir hissəsi satılır

25.07.2017, 12:32
“Azərsun”un tərkibində olan zavodun bir hissəsi satılır

2006-cı ilin noyabr ayından etibarən “Azersun” Kənd Təsərrüfatı MMC-nin tərkibində fəaliyyət göstərən “Zaqatala Fındıq” səhmdar cəmiyyətinin səhminin 30%-i 126 min manata hərraca çıxardılır.

Bu barədə “Marja”ya Əmlak Məsələləri Dövlət Komitəsindən bildirilib.

Əmlak Məsələləri Dövlət Komitəsi 15 avqust tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə hərrac keçirəcək. Vətəndaşların və potensial investorların bu hərracda özəlləşməyə çıxarılan 196 dövlət əmlakına sahib olmaq imkanı var. “Zaqatala Fındıq” Açıq Səhmdar Cəmiyyəti də hərraca çıxarılmış müəssisələr arasında qiymətinə görə digərlərindən fərqlənir. Həmin səhmdar cəmiyyətinin səhminin 30%-i 126 min manata yaxın təklif olunur.

Zaqatala fındıq zavodu ildə 50 min ton fındıq emalı həcminə sahibdir. Zavod, fındıq mövsümündə 200 nəfər işçi qüvvəsi ilə çalışır. Bu zavod, Azərbaycanın ən keyfiyyətli fındıqlarının emal edildiyi Zaqatala, Qax, Beyləqan zonalarının ən müasir və böyük fındıq zavodudur.

“Azersun” Kənd Təsərrüfatı MMC, Zaqatala fındıq zavodunda emal edilən məhsul, lazımi qaydada seçilib təmizləndikdən sonra, dünya standartlarında həm Azərbaycanın daxili bazarına, həm də dünya bazarına çıxarılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol