Menu

İmtahandan qayıdan abituriyent itkin düşdü

25.07.2017, 18:40
İmtahandan qayıdan abituriyent itkin düşdü

Neftçala sakini itkin düşüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Neftçala rayon sakini, 2000-ci il təvəllüdlü Əliyev İbrahim Yaşar oğlu Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 22-də keçirilən qəbul imtahanında iştirak etmək məqsədilə Bakıya gedib.

Yaxınlarının dediyinə görə, İbrahim Əliyev iyulun 24-ü saat 07:15 radələrində Bakı Beynəlxalq Avtovağzalından mikroavtobusla Neftçalaya yola düşüb. Lakin hələlik məlum olmayan səbəblərdən evə gəlməyib.

İbrahim Əliyevi görənlərdən və ya onun barəsində hər hansı məlumatı olanlardan 050-727-96-16, 055-907-52-69 nömrələri ilə əlaqə saxlayıb xəbər vermələri xahiş olunur.

Faktla bağlı Neftçala rayon Polis İdarəsində araşdırmalar aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol