Azərbaycanın xarici borcları durmadan artır. Hazırda Respublikamızın xarici dövlətlərə və maliyyə istitutlarına borcu 12 mlrd. 241 mln. manat təşkil edir.
İllər üzrə Azərbaycanın xarici borclarının qrafik üzrə dəyişməsinə nəzər salaq:
Qeyd edək ki, xarici borc qrafiki illər üzrə 1 yanvar göstəricilərinə uyğun tərtib edilmiş və manat valyutası ilə göstərilmişdir.

Qeyd edək ki, 2017-ci il yanvarın 1-ə olan göstəricilərə əsasən Azərbaycanda adambaşına düşən xarici dövlət borcu 704,7 ABŞ dollarıdır.
Xarici borcun Ümumi Daxili Məhsula nisbətində də artım müşahidə olunur. Bu nisbət 2017-ci ildə 2012-ci ilə nəzərən 8,6%-dən 20,4%-ə qədər qalxmışdır. Bu isə xarici borcun ÜDM-nin 1/5-i qədər olduğunu göstərir.



Şərhlər