AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatları (ABŞ) ilə münasibətlərin yaxşılaşdırılmasını arzu edən rusiyalıların sayı sürətlə artaraq, 2015-ci ildəki 49,0 faizdən 80,0 faizə çatıb. Bu barədə məlumatı cümə günü «İctimai fikir» fondundan verilib.
Hər 10 nəfərdən biri (ötən ildəki 21,0 faizə qarşı 9,0 faiz) başqa fikirdədir. Rəyi soruşulanların 11,0 faizi isə cavab verməyə çətinlik çəkrib. Sorğu Rusiya Federasiyasının 53 subyektinin 104 yaşayış məntəqəsində 1500 respondent arasında keçirilib.
Ümumilikdə, respondentlərin 39,0 faizi ABŞ-Rusiya münasibətlərinin hazırkı vəziyyətinin pis olduğu fikrindədir (2012-ildə 14,0 faiz).


Şərhlər