AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatları (ABŞ) Koreya Xalq Demokratik Respublikasının (KXDR) növbəti ballistik raket sınaqlarını «qəti şəkildə» pisləyib.
Dövlət Departamenti Pxenyanın bu hərəkətini Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) qətnamələrinin «haray çəkən» pozulması halı adlandırıb. Bunula yanaşı, Vaşinqton Şimali Klreya ətrafında yaranmış vəziyyətə görə, «müstəsna məsuliyyət»i Rusiyanın və Çinin üzərinə qoyub.
«Şimali Koreyanın ballistik raket və nüvə silahı proqramı ilə bağlı əsas iqtisadi amillərlər qismində Çin və Rusiya regional və qlobal sabitliyə qarşı artan bu təhlükəyə görə, müstəsna məsuliyyət daşıyır» - deyə, departamentin mətbuat xidmətində qeyd ediblər.

Şərhlər