Menu

Lənkəranda 3 nəfər kolbasadan zəhərlənib

29.07.2017, 17:27
Lənkəranda 3 nəfər kolbasadan zəhərlənib

Lənkəran şəhərində 3 nəfər kolbasadan zəhərlənib.

APA-nın cənub bürosunun məlumatına görə, Masallı rayon sakinləri Fərid, Samid, Elşən adlı şəxslər Lənkəranda mağazadan aldıqları kolbasanı yedikdən sonra özlərini pis hiss ediblər. Halı pisləşən üç nəfər Lənkəran Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Onlara ilkin tibbi yardım göstərilib, hər üçü reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətləri ağırdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol