Menu

Putin ABŞ diplomatlarının Rusiyadakı aqibəti barədə

30.07.2017, 23:07
Putin ABŞ diplomatlarının Rusiyadakı aqibəti barədə

ABŞ-ın Rusiyadakı diplomatik missiyalarının 755 əməkdaşı Rusiyanı tərk etməli olacaq. “Vesti.ru” xəıbəır verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bəyan edib.

“ABŞ-ın Rusiyadakı diplomatik missiyalarının 755 əməkdaşı ölkəni tərk etməli olacaq. Beləliklə, Rusiyada fəaliyyət göstərən ABŞ diplomatlarının və texniki personalının sayı ABŞ-dakı Rusiya diplomatları və texniki personalının sayına uyğunlaşdırılacaq. Hər tərəfdən 455 nəfər”, - deyə V.Putin bildirib.

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatı bu həftə Rusiya, İran və Şimali Koreyaya qarşı yeni sanksiyalar haqqında qanun qəbul edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol