Menu

Sumqayıtda bina yanır

20.06.2014, 21:06
Sumqayıtda bina yanır

Sumqayıt şəhərində, 13-cü mikrorayon, bina 53 D-in birinci mərtəbəsində yaşayanlardan birinin ehtiyatsızlığı ucbatından yanğın başlayıb. ANS PRESS-in məlumatına görə, hadisə təxminən bir saat öncə baş verib.

Yanğın binanın kabellərini sıradan çıxarıb. Sakinlərin təşvişə düşdüyü deyilir.

Şahidlərin sözlərinə görə, hadisə yerinə 2 yanğınsöndürən maşın gəlib, insanlar evakuasiya edilib.

İlkin məlumata görə, xəsarət alan yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol