Menu

Dövlət Departamenti ABŞ-ı və Rusiyanı «sakitləşməyə» çağırdı!

04.08.2017, 23:19

departamentAzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamenti Rusiyanı və ABŞ-ı «sakitləşməyə» çağırıb.

«Vaşinqton və Moskva üçün ümumi maraqlar sferası var və bu sahədə onlar əməkdaşlıq edə bilərlər. Hər zaman yaxşılığa ümid var. Biz bilirik ki, gərginlik anlarında insanlar sərt danışırlar. Mən təfərrüata varmaq istəmirəm, amma bizim elə sahələrimiz var ki, birgə işləyə bilərik və birgə işləyəcəyik» - deyə, DD-nin nümayəndəsi Hizer Hoyert Rursiyanın Baş naziri Dmitri Medvedyevin «ümidlərin sonu» barədə fikirlərini şərb edərkən bildirib.

«Bir çox liderlər və bir çox ölkələr provokasion bəyanatlarla çıxış edirlər. Bəlkə bizim hamımıza bir qədər sakitləşmək lazımdır?» - deyə, Hoyert əlavə edib və Rusiya Baş nazirini emosionallıq dərəcəsini aşağı salmağa çağırıb.

«Suriyanın cənub-qərbinləki atəşkəsə diqqət yetirin. Tərəflərin çoxu ona əməl edir. Bu, ABŞ-la Rusiya arasında əməkdaşlığın yaxşı nümunəsidir» - DD nümayəndəsi qeyd edib.

Bundan əvvəl - avqustun 2-də ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların yeni dəstini imzalayıb. Buna cavab olaraq, Medvedyev elan edib ki, Vaşinqton Rusiyaya qarşı «tammiqyaslı ticarət müharibəsi» elan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol