«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Cənubi Koreya, Amerika Birləşmiş Ştatları (ABŞ) və Yaponiya Koreya Xalq Demokratik Respublikasının (KXDR) təxribatlarını önləmək məqsədilə, Pxenyana təzyiqləri artırmaq barədə razılığa gəlib.
Bu barədə xəbəri «KVS» beynəlxalq radiosu yayıb.
Xəbərdə qeyd olunur ki, Koreya Respublikası Prezidenti administrasiyasının milli təhlükəsizlik idarəsinin rəisi Çon In Yen, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Herbert Makmaster və Yaponiya milli təhlükəsizlik Şurasının katibi Setaro Yati keçirdikləri videokonfransın gedişi zamanı KXDR tərəfindən həyata keçirilən raket sınaqlarını dünyaya təhdid və Şimal-Şərqi Asiyada sabitliyə qarşı bir çağırış adlandırıblar.
Onlar eyni zamanda razılığa gəliblər ki, Şimali Koreyanın nüvə-raket probleminin həlli istiqamətində əməkdaşlığı davam etdirsinlər.


Şərhlər