Menu

Avropada anomal istilər qeydə alınıb

05.08.2017, 11:56

hava-isti-gun«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, bu yay Avropada anomal istilər qeydə alınıb. Bəzi rayonlarda temperaturun 44 dərəcəyə qədər yüksələcəyi gözlənilir. «Bi-bi-ci»nin xəbərinə görə, bu, ötən 10 ildən artıq müddət üçün maksimum sayılır.

Bu yay Avropada istidən azı 2 nəfər ölüb - biri Polşada, digəri isə Rumıniyada. Bundan başqa 10-larla insan xəstəxanaya yerləşdirilib.

İtaliyada istilər meşə yanğınlarına səbəb olub.

Səhiyyə təşkilatları ekstremal hava şəraitinin yaranacağı barədə avropalıları xəbərdar edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol