Menu

Bakıda cərimə meydançasında olan maşınlar yandı

05.08.2017, 14:06
Bakıda cərimə meydançasında olan maşınlar yandı

Bakıda Dövlət Yol Polisi İdarəsinə məxsus 6 saylı cərimə meydançasında yanğın olub.

APA-nın məlumatına görə, meydançada saxlanılan, "Chevrolet” markalı, 10 PK 486 dövlət nömrə nişanlı avtomobil yanıb. Yanğın nəticəsində həmin avtomobilin yaxınlığında olan "Ford” və "Toyota” markalı maşınlara da ziyan dəyib.

Yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol