Menu

Tovuzda hamilə qadın ölüb

05.08.2017, 19:57
Tovuzda hamilə qadın ölüb

Tovuzda hamilə qadın ölüb.

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, Ağstafa rayonu, Tatlı kənd sakini, 32 yaşlı Şəlalə Qasımova ağır vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardımın göstərilməsinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

İlkin ehtimala görə, ölümə səbəb 7 aylıq hamilə olan Ş. Qasımovanın bətnində uşağın ölməsi nəticəsində qanaxmanın baş verməsi göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol