Menu

Ağstafa sakini Kürdə boğulub

06.08.2017, 20:32
Ağstafa sakini Kürdə boğulub

Ağstafa sakini Kürdə boğulub.

APA-nın Qərb bürosunun məlumatına görə, hadisə Kür çayının Ağstafa rayonunun Qıraq Kəsəmən kəndindən keçən hissəsində qeydə alınıb.

Rayon sakini 1994-cü il təvəllüdlü Babayev Fəyyaz Haqverdi oğlu Kür çayında çimən zaman boğulub.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti meyitin axtarışını aparır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol