Menu

Naxçıvanda polisin işgəncə verdiyi vətəndaş intihar etdi

21.06.2014, 09:29
Naxçıvanda polisin işgəncə verdiyi vətəndaş intihar etdi

Naxçıvan MR Kəngərli rayon Qarabağlar kəndində intihar hadisəsi baş verib.

1982-ci il təvəllüdlü Məmmədov Anar İbrahim oğlu boynundakı şah damarını kəsərək özünə qəsd edib.

Moderator.az xəbər verir ki, bu barədə məlumatı Naxçıvanda olan hüquq müdafiəçisi, “Yeni Müsavat” qəzetinin bölgə müxbiri Həkimeldostu Mehdiyev öz “facebook” səhifəsində yazıb.

“Dəyərli dostlar, sizlərə daha bir acı xəbər vermək zorundayam.Bir-iki gün bundan qabaq Kəngərli rayon Qarabaglar kənd sakini, dörd uşaq atası 1982-ci il təvəllüdlü Məmmədov Anar İbrahim odlu boynundakı şah damarını kəsərək özünə qəsd edib.Aldıgım məlumata əsasən onu Naxçıvan şəhər Polis bölməsinə dəvət edib dəhşətli isgəncə veriblər ki, sən narkotik satmaqla məşgul olmağını boynuna almalısan. Həmin kənd sakinlərinin bildirdiklərinə əsasən daha 10-15 nəfər kənd sakinlərini də dindiriblər və onlar sərbəst buraxılıb (təmənna qarşılıgında)və onlara bildiriblər ki sizləri Anar satıb. Bir neçə kənd sakinindən onun haqqında soruşub maraqlandım. Anarın narkotiklə məşğul olmadıqlarını bildirdilər. Allah rəhmət eləsin. Dörd uşaq da belə yetim qaldı”- hüquq müdafiəçisi yazıb.

Məsələ ilə bağlı Moderator.az başqa Naxçıvan sakinləri ilə də əlaqə saxlayıb. Sakinlər deyilənləri təsdiq ediblər.

Hadisə ilə bağlı qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol