İran hərbçiləri ölkənin şimal-qərbində 2 terrorçunu zərərsizləşdirib."Report" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi İslam İnqilabı Keşikçiləri Korpusunun quru qoşunları komandanına istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, hərbçilər terror qruplaşmasının daha 4 üzvünü yaralayıblar. Toqquşma Qərbi Azərbaycan vilayətində, Türkiyə ilə İran sərhədində baş verib.
Briqada generalı Məhəmmədd Pakpurun sözlərinə görə, silahlılardan hərbi ləvazimatlar, sursat və hərbi texnika götürülüb.


Şərhlər