Menu

Əlyazmalar İnstitutu Xətainin nəvəsinin “Divan”ının surətini əldə edib

07.08.2017, 10:27
Əlyazmalar İnstitutu Xətainin nəvəsinin “Divan”ının surətini əldə edib

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Almaniyada yaşayan Məhəmmədəli Hüseyninin köməyi ilə Şah İsmayıl Xətainin nəvəsi İbrahim Cahinin şeirlər toplusu “Divan”ının surətini əldə edib. Bu barədə APA-ya AMEA-dan məlumat verilib.

Bildirilib ki, İsmaililərin başçısı Sədrəddin Ağaxanın İsveçrənin Cenevrə şəhərində yerləşən kolleksiyasından alınmış bu “Divan”da şairin fars və Azərbaycan dillərində yazdığı şeirləri toplanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol