Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin direktor müavini, tarix üzrə fəlsəfə doktoru Samir Pişnamazzadə avtomobil vurması nəticəsində dünyasını dəyişib.
Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, hadisə ötən gün axşam saatlarında İsmət Qayıbov küçəsində baş verib. Avtomobilini yolun kənarında saxlayıb evinə getmək istəyərkən "VAZ-2106" markalı avtomobilin sürücüsü onu vurub.
Yaralı vəziyyətdə yaxınlarının köməkliyi ilə Təcili Tibbi Yardım Xəstəxanasnın reanimasiya şöbəsinə yerləşdirilən Samir Pişnamazzadəyə həkimlər ilkin tibbi yardım göstərsələr də, vəziyyəti ağır olduğundan paytaxt xəstəxanalarından birinə yola salınıb. Lakin yolda dünyasını dəyişib.
Şahidlərin sözlərinə görə, yüksək sürətlə hərəkət edən "VAZ-2106"nın sürücüsü Samir Pişnamazzadəni vurduqdan sonra hadisə yerindən yayınıb. Lakin polislərdən yayına bilməyən sürücü Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


Şərhlər