«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Pentaqon Filippində hərbi əməliyyat planı hazırlayıb.
«NBC» telekanalı xəbər verir ki, bu plan fəaliyyəti qadağan olunmuş «İslam dövləti» qruplaşması döyüşçülərinin mövqelərinə aviazərbələrin endirilməsini nəzərdə tutur. Əməliyyatlarda pilotsuz uçaqlardan istifadə edilməsi ehtimal olunur.
Pentaqonda qeyd edirlər ki, Vaşinqton terrorçuluğa qarşı mübarizə məsələsində artıq 15 ildir ki, Manila ilə əməkdaşlıq edir.
Bundan əvvəl xəbər verilmişdi ki, Amerika Birləşmiş Ştatları (ABŞ) Filippinə müşahidə avadanlıqları ilə təchiz olunmuş 2 təyyarə göndərib.
Bununla bərabər, bu ölkənin hakimiyyəti ekstremistlərlə mübarizə aparmaq üçün Rusiyadan silah almağa hazır olduğunu da bəyan etmişdi.


Şərhlər