Bakıda mikroavtobus aşıb.Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə paytaxtın Ramana-Maştağa yolunda qeydə alınıb.
Mikroavtobus minik avtomobili ilə toqquşaraq aşıb. Nəticədə xəsarət alanların olduğu bildirilir.
3 saylı şəhər Klinik Xəstəxanasından verilən məlumata görə, qəza nəticəsində xəsarət alan üç nəfər xəstəxanaya yerləşdirilib.
Xəsarət alanlardan biri orta yaşlı qadın, ikisi isə uşaqdır.
Faktla bağlı araşdırma aparılır.


Şərhlər