Menu

"Təhsillə Təhsil Nazirliyi məşğul olmalıdır” - Rövnəq Abdullayev-Video

21.06.2014, 14:44
"Təhsillə Təhsil Nazirliyi məşğul olmalıdır” - Rövnəq Abdullayev-Video

Rövnəq Abdullayev Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin liseylərinin və “Araz kursları”nın bağlanmasına münasibət bildirib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ ) prezidenti Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumtəhsil müəssisələri, bağçaları və “Araz kursları” MMC-nin fəaliyyətinin dayandırılmasına münasibət bildirib.

APA-nın şimal bürosunun məlumatına görə, R. Abdullayev dövlətin imkanlarının geniş olduğunu və Təhsil Nazirliyinin bu sahədə böyük işlər gördüyünü deyib.

“Biz düşünürük ki, ARDNŞ-in bu sahə ilə məşğul olmaması daha yaxşı olardı. Neftçi neft çıxarmaqla, Təhsil Nazirliyi təhsillə məşğul olmalıdır”, - deyə R. Abdullayev bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol