İraqdakı hücumlardan sonra İŞİD qrupunun adı xəbər başlıqlarından düşmür.
Cihadçı qruplar Afrika, Yaxın Şərq və nisbətən Asiya bölgələrində yayılıblar.
Qruplardan bəziləri adı daha çox yayılmış əl-Qaidə ilə bağlıdır. Digərləri tam müstəqil şəkildə fəaliyyət göstərir. Lakin onları hamısı zorakı yolla islam dövlətinin yaradılması uğrunda mübarizə aparırlar.
Vəziyyət yerdən asılı olaraq fərqlənir, qrupların döyüş qabilliyəti də dəyişkəndir. Bunun İraq və Şam İslam Dövləti (İŞİD) qrupunun misalında görmək olar.
Bir müddət kölgədə qalan qrupun adı indi xəbər başlıqlarından düşmür.
İŞİD-in əməliyyatları onun sələfi əl-Qaidə ifratçılarının ən güclü üsyan dövrünə təsadüf edən 2006-cı ildə fəaliyyət göstərdiyi İraq bölgələrini əhatə edir.
İŞİD-in təcrübəsi vəziyyətin dinamik inkişafda olduğunu, eynilə bu qruplaşmaların yerlərinin və güclərinin daima dəyişdiyini göstərir.
Cihadçı qruplaşmalar çox vaxt aşağıdakı xəritədə göstərilən bölgələrdən kənarda əməliyyatlar keçirir və onlardan başqa məqsədləri eyni olan çoxlu kiçik qruplar fəaliyyət göstərir.

Cihadçı qruplaşmalar çox vaxt xəritədə göstərilən bölgələrdən kənarda da əməliyyatlar keçirir.
Əl-Qaidə özəyindən qalan hissənin 2001-ci ildə Əfqanıstandan qaçdıqdan sonra Pakistan qəbilə regionunda mənzilləndiyi ehtimal olunur.
Lakin bu hal terrorçuluğa qarşı mübarizəyə qatılan dünya rəsmilərinə sevinməyə heç bir əsas vermir.

Boko Haram qrupu qarşısına mövcud höküməti devirib İslam dövləti yaratmaq məqsədini qoyub.
Nigeriyada Boko Haram qrupu bir müddət ərzində müsəlmanların haqlarını müdafiə edən siyasi və dini hərəkat kimi fəaliyyət göstərib. Lakin 2009-cu ildən onun taktikası getdikcə daha çox ifratçı ideyalara və zorakılığa söykənməyə başlayıb.
Belə görünürü ki, əl-Qaidəni məhv etmək əməliyatı bu təşkilatın kiçik qruplara bölünərək daha geniş əraziyə səpələnməsinə nəticələndi. /BBC Azərbaycanca


Şərhlər