«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Koeya Xalq Demokratik Respublikası (KXDR) ilə münaqişənin gərginləşməsi səbəbilə, Amerika Birləşmiş Ştatlarında (ABŞ) yeraltı bunkerlərə (sığınacaqlara) tələbat kəskin artıb.
Son 3 gündə Kaliforniya ştatında təkcə bir şirkət 30 bomba sığınacağı satıb.
«TMZ» portalının məlumatına görə, bir neçə il bundan əvvəl bu rəqəm sığınacaq satışının illik həcmini təşkil edib.
Bunkerlərin qiyməti 10 mindən 165 min dollaradək dəyişir. Sifarişlər təkcə ABŞ-dan yox, həm də Yaponiyadan gəlməkdədir.


Şərhlər