Menu

«Etik səbəblərdən dolayı, Trampın prezidentliyi yarımçıq qurtara bilər» - Albert Qor

11.08.2017, 18:49
«Etik səbəblərdən dolayı, Trampın prezidentliyi yarımçıq qurtara bilər» - Albert Qor

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) sabiq vitse-prezidenti Albert Qor bəyan edib ki, Donald Trampın prezidentliyi «etik mülahizələrdən dolayı», vaxtından əvvəl başa çata bilər.

Bəyanat, Albert Qorun iqlim dəyişikliyinə həsr olunmuş filminin premyerası zamanı səslənib («Röyter»).

«Hələlik Trampla eksperimentdən yalnız 6 ay ötür. Belə eksperimentlərbən bəziləri etik mülahizələrdən dolayı, vaxtından əvvəl qurtarır» - deyə, Qor bildirib.

Sabiq vitse-prezident əmindir ki, Trampın iqlim üzrə Paris sazişindən çıxmaq barədə qərarına baxmayaraq, Amerika şəhərləri, ştatları, biznes başçıları ABŞ-n bu saziş üzrə öhləliklərinə cavabdeh olacaqlar.

O, ümid etdiyini bildirib ki, ABŞ-da tezliklə yeni lider meydana çıxıcaq və o, iqlim üzrə problemlərlə, o cümlədən, qlobal istiləşmə ilə mübarizə işinə sadiq olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol