«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Koreya Xalq Demokratik Respublikası (KXDR) bəzi «açar ölkə»lərdəki səfirlərini paytaxt Pxenyana çağırıb.
KXDR-nın nüvə proqramı ilə bağlı beynəlxalq sanksiyaların güclənməsi fonunda burada diplomatik korpusun iclasının keçiriləcəyi ehtimal olunur.
Məsələn, Şimali Koreya hökumətindəki mənbələrə istinadla, Cənubi Koreyanın «Yonhap» agentliyinin xəbərinə görə, ölkənin Rusiyadakı, Çindəki səfirləri və Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Pxenyana çağırılıb.
Daha neçə səfirin vətənə gələcəyi barədə dəqiq məlumat yoxdur. Mənbələrin sözlərinə görə, hələlik bu toplantının fövqəladə və ya planlı olduğu da məlum deyil. Bundan əvvəlki oxşar toplantı 2015-ci ilin iyulunda keçirilib.
Eyni zamanda, mənbələr toplantının KXDR-nın yeni nüvə və ya ballistik raket sınaqları ilə bağlı ola biləcəyini də istisna etmirlər.


Şərhlər