Menu

Daha bir intihar Neftçalada

18.08.2017, 10:03
Daha bir intihar Neftçalada

Neftaçala rayonunda 56 yaşlı kişi intihar edib.

"Report"un məlumatına görə, hadisə rayonun Kürkənd kəndində baş verib.

Belə ki, həmin kəndin sakini, 1961-ci il təvəllüdlü, Mütəllim Əhmədağa oğlu Cahangirov yaşadığı evdə özünü asaraq intihar edib.

Faktla bağlı Neftçala rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci ( özünü öldürmə həddinə çatdırma ) maddəsilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol