Menu

Nazirlikdə yeni idarə rəisi təyin edildi

18.08.2017, 10:26
Nazirlikdə yeni idarə rəisi təyin edildi

Bir neçə ərazi vergi idarələrinin rəhbərliyində rotasiya qaydasında dəyişiklik olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, vergilər naziri Fazil Məmmədovun müvafiq əmri ilə 13 saylı Zaqatala Ərazi Vergilər İdarəsinin rəhbəri işləmiş Mahmudov Fuad Malik oğlu 5 saylı Şirvan Ərazi Vergilər İdarəsinə direktor təyin edilib. Bundan əvvəl bu vəzifəni tutan Fərəcov Ədalət Səlim oğlu isə 6 saylı Lənkəran Ərazi Vergilər İdarəsinə rəhbər təyin olunub

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol