Menu

Dalay-lamanın Rusiyadan gözləntisi - Dünya birincisi olmaq…

18.08.2017, 10:19

dalay lama«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Dalay-lama gözləyir ki, Rusiya «imkanlarını düzgün bölüşdürəcək» və dünyada birinci olacaq.

Tibet buddistlərinin lideri Dalay-lama hesab edir ki, rusiyalılar dünyanı dəyişə bilərlər.

«Rusiya - nəhəng ölkədir. Coğrafi Rusiya Şərq və Qərb arasında körpüdür və bundan başqa, təbii ehtiyatlar potensialı…» - deyə, Dalay-lama «Synergy Global Forum» iştirakçılarına müraciətində qeyd edib.

O, planetin quru hissəsinin yeddidə birinin «nəhəng potensialı»nı xüsusi qeyd edib.

«Mən, düşünürəm ki, Rusiya imkanlarını düzgün bölüşdürə biləcək. Dünyanın aparıcı ölkəsi olmaq üçün Rusiyanın potensialı var» - Dalay-lama bildirib. Onun fikrincə, Rusiya «yeni ideya»ların sayəsində dünyanın aparıcı ölkəsinə çevrilə bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol