AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, avropalılar turist axınlarından artıq yorulublar. Bu barədə Parisin «Fiqaro» nəşri yazıb və təsdiqləyir ki, ən populyar turist bölgələrində turistlərin gəlişini məhduldaşdırmaq barədə çağırışların sayı artmaqdadır.
İspaniya, Xorvatiya və İtaliyada əcnəbilərin axınından narahatdırlar. Vəziyyət hamıdan qabaq xorvatiyalıları və ispaniyalıları qorxudur. Bunun üçün onların hər cür əsasları var.
Ötən il İspaniya turistlərin sayına görə, rekord vurub - buraya il ərzində 75 milyon turist gəlib. Bu il turistlərin sayının 80 milyona çatacağı gözlənilir. Turist axınlarının əhəmiyyətli hissəsi Barselonanın payına düşür. Yaranmış vəziyyət müəyyən problemlər doğurur - yaşayış sahəsinin qiymət artımı və heç də həmişə mədəni olmayan gəlmələrin davranışı…
İyul ayında Venesiyada 2 mindən artıq sakin hər il 10 milyonlarla turistin vurduğu ziyana qarşı mitinq keçirib.
Romada da insanlar mövcud problemlərə diqqət yönəltmək məqsədilə küçələrə çıxıblar.
Xorvatiyanın Dubrovniki şəhərinin hakimiyyəti isə artıq fəaliyyətə keçib - orada qərara gəliblər ki, şəhərin tarixi mərkəzində turistlərin sayını 8 minə qədər məhdudlaşdırsınlar.
Turist axınları Fransada da narahatlıq doğurmaqdadır, ancaq hələlik ölkə hakimiyyəti bu axınların qarşısını bircə üsulla almağa çalışır - özəl sahibkarlar tərəfindən yaşayış sahəsinin turistlərə icarəyə verilməsi qaydalarını tənzimləməklə…


Şərhlər