Menu

MKİ Barselonadakı terakt barədə 2 ay əvvəl xəbər veribmiş!

18.08.2017, 10:39
MKİ Barselonadakı terakt barədə 2 ay əvvəl xəbər veribmiş!

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Barselonadakı terror aktı barədə 2 ay əvvəl İspaniya hakimiyyətinə xəbərdarlıq edibmiş.

Uyğun informasiya Kataloniya polisinə ötürülübmüş. Terror nəticəsində 13 nəfərin həlak olduğu Rambla küçəsinin adı MKİ-nin məlumatında «ehtimal olunan hədəf» kimi göstərilibmiş. Bu barədə «Periodico» nəşri yazıb.

Bundan başqa, 2 həftə əvvəl «Tvitter»də terrorçu «İD» qruplaşması ilə əlaqəli akkauntların birində İspaniyada tezliklə hücum olacağı barədə xəbər də yer alıbmış. Xəbərdə bu ölkə «əl-Əndəlus» adlandırılıb - müsəlmanların hökmranlığı dövründə olduğu kimi.

«Biz, əl-Əndəlusda cihad edəcəyik və öz torpağımızı geri qaytaracağıq» - deyə, xəbərdə bildirilir.

Xəbər verildiyi kimi, burada törədilmiş terrora görə «İslam dövləti» qruplaşması məsuliyyəti öz üzərinə götürüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol