Menu

Putin qəfildən ordunu ayağa qaldırdı -Rus qoşunları poliqonlara daşınır

22.06.2014, 15:12
Putin qəfildən ordunu ayağa qaldırdı -Rus qoşunları poliqonlara daşınır

Rusiya prezidenti Vladimir Putin iyunun 21-də Mərkəz Hərbi Dairəsi qoşunlarını qəfil əmrlə təlimə çıxarandan sonra on minlərlə hərbçidən ibarət canlı qüvvə və minlərlə hərbi texnika ardı-arası kəsilmədən poliqonlara daşınır.Virtualaz.org xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi qoşunlarının poliqona daşınmasına 40-dan çox AN-124 “Ruslan”, İl-76, AN-22 və AN-26 hərbi-nəqliyyat təyyarələrinin cəlb olunduğunu açıqlayıb.

Həmçinin tank və zenit birləşmələri dəmiryol platformalarına yüklənir. Hava-desant qüvvələrinin bölmələri aeroportlara daşınır. Bir çox hərbi birləşmələr və hərbi hissələr isə özləri poliqonlara doğru hərəkət edirlər.

Qəfil yoxlamaya 65 minlik qoşun qruplaşması cəlb olunub. Habelə manevrdə 180 təyyarə, 60 vertolyot, 5,5 min vahid döyüş texnikası iştirak edir. Qoşunların manevrləri Yurqinsk, Çebarkulsk və Totsk poliqonlarında keçiriləcək. Manevrlər iyunun 28-dək davam etməlidir.

Manevr zamanı qoşun qruplaşmalarının tətbiqinin planlaşdırılması, qoşunlarının kombinasiya edlmiş üsullarla uzaq məsafələrə daşınması, idarəetmə sistemlərinin və arxa cəbhə təchizatının təşkili sınaqdan keçirilcək.

Rusiya prezidenti qoşunların qəfil yoxlamasını 2013-cü ildən keçirir. Müdafiə Nazirliyi bildirir ki, indiki manevrlər Ukrayna böhranı ilə bağlı deyil və qoşunların yerdəyişməsi barədə ATƏT-ə məlumat verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol