Menu

Asəf Quliyev Əli Kərimli ilə görüşüb

04.10.2013, 20:38
Asəf Quliyev Əli Kərimli ilə görüşüb

"Bizə də, ona da hər şey aydındır"

Asəf Quliyev Əli Kərimli ilə görüşüb AXCP-dən və Milli Şuradan istefa vermiş Asəf Quliyev oktyabrın 4-də partiyanın lideri Əli Kərimli ilə görüşüb. “Media forum” saytına açıqlamasında Asəf Quliyev görüş barədə bunları deyib: “İstefamın səbəblərini bildirdim. Addımımı izah elədim, fikirlərimi çatdırdım. Əli bəy çox təəssüfləndiyini vurğuladı, istefamı düzgün hesab etmədiyini dedi. Səmimi söhbət edib ayrıldıq. Münasibətlərimiz həmişə yaxşı olub, bir-birimizə hörmətlə yanaşmışıq. Hesab edirəm ki, hər zaman da belə olacaq”. “Əli Kərimliyə istefanızın səbəblərini açıqladığınızı deyirsiniz, konkretləşdirmək olarmı” sualını Asəf Quliyev belə cavablandırıb: “Hər halda istefamın səbəbləri var. Geniş açıqlamaq istəmirəm. Siyasi qərarımı vermişəm və məsələ bitib”. AXCP sədrinin müavini, Milli Şuranın mitinq komitəsinin rəhbəri Asəf Quliyev partiyadan və Milli Şuradan bu gün istefa verib.

“Asəf Quliyev mövqeyini bildirib. Bizə də, ona da hər şey aydındır. Partiyanın əlavə açıqlama verməsinə lüzum yoxdur”. Bu sözləri APA-ya açıqlamasında AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib.AXCP sədrinin müavini, Demokratik Qüvvələrin Milli Şurasının üzvü Asəf Quliyevin partiyadan və Milli Şuradan istefasına münasibət bildirən F. Qəhrəmanlı bundan təəssüfləndiklərini söyləyib: “Amma Asəf Quliyevin mövqeyini dəyişəcəyinə inanmırıq. Kifayət qədər əqidəli, prinsipial mövqe tutmuş mübarizə dostumuz olub. Hesab edirik ki, onun bu addımı sadəcə, partiyadan ayrılmaqdır. Bu yolu davam etdirəcəyinə inanırıq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol