Menu

Kataloniya hakimiyyəti müsəlmanların müdafiəsinə qalxdı

21.08.2017, 18:53
Kataloniya hakimiyyəti müsəlmanların müdafiəsinə qalxdı

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Kataloniya hökumətinin başçısı Karles Puçdemon 17 avqust terror aktından sonra bölgədə antiislam əhval-ruhiyyəsini qızışdırmamağa çağırıb.

Onun sözlərinə görə, heç də bütün müsəlmanlar cinayətkar və terrorçu deyillər, əksinə, onların böyük əksəriyyəti terror (terrorçuluq) əleyhinə mitinqlər keçirirlər.

«Kataloniyada təxminən, 200 min marokkalı yaşayır və bu ölkənin normal həyatı üçün çalışır, ibadət edir, işləyir, birgə həyatda iştirak edir. Ona görə də müsəlman icmasını «radikallaşmanın qızğın mənbəyi» kimi təqdim etmək böyük ədalətsizlik olardı» - deyə, Puçdemon «24 Hors» telekanalı ilə yayımlanan mətbuat konfransında bəyan edib.

Kataloniyanın «Mossos d?Esquadra» hüquq-mühafizə orqanının başçısı Xosep Luis Trapero da «məscidləri cinayətlərə hazırlıq mərkəzi» elan etməməyə çağırıb, çünki ora insanların ibadət yeridir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol