Menu

İmişli sakini intihar edib

21.08.2017, 23:18
İmişli sakini intihar edib

İmişli sakini özünü asaraq intihar edib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, rayon sakini, 1982-ci il təvəllüdlü Fərəcov Sərdarın meyiti yaşadığı evin həyətindəki yarımtikilidə asılmış vəziyyətdə aşkar edilib.

Məlumata əsasən, iki uşaq atası olan S.Fərəcov Qaz təchizatı idarəsində nəzarətçi işləyib.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol