Menu

Rusiyanın Krasnodar vilayətində vertolyot qəzaya uğrayıb

22.08.2017, 00:17
Rusiyanın Krasnodar vilayətində vertolyot qəzaya uğrayıb

Rusiyada vertolyot qəzası baş verib.

"Report"un məlumatına görə, bu barədə "TASS" xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə Krasnodar vilayətində qeydə alınıb. Belə ki, "Robinson R-66" vertolyotunun qayaya çırpılması nəticəsində 1 nəfər ölüb. Vertolyotun Anapa-Abrau-Dyurs istiqamətində uçduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol