Menu

Bu yol sabahdan bağlanacaq - Sürücülərin nəzərinə

22.08.2017, 21:43
Bu yol sabahdan bağlanacaq - Sürücülərin nəzərinə

Xırdalan-Mehdiabad-Balaxanı avtomobil yolunda aparılan təmir işləri ilə əlaqədar olaraq 23 avqust tarixindən etibarən sözügedən yolun Mehdiabad-Balaxanı hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq mədudlaşdırılacaq.

"Azəravtoyol” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, məhdudlaşdırma yolun "Təmiz şəhər” ASC-nin qarşısından Mehdiabad qəsəbəsinədək olan 5.5 m-lik hissəsini əhatə edəcək.

Sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyə edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol