Menu

"Roma"nın baş məşqçisi "Qarabağ"la bağlı fikirlərini bildirib

24.08.2017, 22:07
"Roma"nın baş məşqçisi "Qarabağ"la bağlı fikirlərini bildirib

İtaliyanın "Roma" klubunun baş məşqçisi Eusebio Di Françesko Çempionlar Liqasında düşdükləri qrupu dəyərləndirib.

"Report"un məlumatına görə, 48 yaşlı mütəxəssis İngiltərənin "Çelsi" və İspaniyanın "Atletiko" komandaları kimi önəmli rəqiblərlə qarşılaşacaqlarını bildirib.

Bununla yanaşı, Di Françesko "Qarabağ"ı kənarda saxlamağı düzgün saymayıb:

"Bu komandanı da qiymətləndirməmək olmaz. Hər zaman bütün rəqiblərə hörmətlə yanaşmalıyıq. Biz qrup mərhələsinə tam hazırıq".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol