Menu

Prezident iqamətgahına hücum - mühafizəçi öldürüldü - Video

23.06.2014, 12:48
Prezident iqamətgahına hücum - mühafizəçi öldürüldü - Video

Çeçenistanda sensasiya doğuracaq hadisə baş verib.

Avropa.info xəbər verir ki, Qafqaz Əmirliyinə aid bir nəfər silahlı Çeçenistan prezidenti Ramzan Kadırovun iqamətgahına daxil olaraq , mühafizəçi əsgəri öldürüb. Silahlı onlarca postu keçərək, Kadırovun mühafizəçisini öldürərək , heç nə olmamış kimi iqamətgahdan çıxıb.

Mühafizəçi əsgərin öldürülməsini sonradan bilən Çeçenistan xüsusi xidmət orqanları silahlını axtarsalar da tapa bilməyiblər.

Qafqaz Əmirliyi isə açıqlama yayaraq Doko Umarovun qisasını aldıqlarını və bu tip əməliyyatları davam etdirəcəklərini deyiblər.

Qeyd edək ki, Kadırovun iqamətgahına daxil olan silahlının mühafizəçini öldürməsi təhlükəsizlik kameralarında anban görüntülənib. Maraqlı burasındadır ki, iqamətgahda təhlükəsizlik kameraları olmasına baxmayaraq , silahlı ərazidən uzaqlaşa bilib.

Həmin görüntüləri təqdim edirik.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol