Menu

Türkiyə səfiri İsveç XİN-ə çağrılıb

25.08.2017, 18:56
Türkiyə səfiri İsveç XİN-ə çağrılıb

Türkiyənin Stokholmdakı səfiri Kaya Türkmən İsveç XİN-ə çağrılıb.

Trend-in məlumatına görə, səfirdən iki İsveç vətəndaşının həbsi ilə bağlı açıqlama tələb edilib.

Qeyd edək ki, avqustun əvvəlində 59 yaşlı yazıçı-jurnalist Həmzə Yalçın İspaniyada Türkiyə hökumətinin sorğusuna əsasən saxlanılıb. Türkiyə yazıçını terrorçularla əlaqədə ittiham edir.

İsveç vətəndaşı olan daha bir fəal- Ali Qaravi də terror ittihamı ilə iyulda Türkiyədə həbs edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol