Menu

Azərbaycanın hava-desant qüvvələri yarandı - Türkiyə 25 xüsusi təyinatlıya təlim keçdi

23.06.2014, 14:44
Azərbaycanın hava-desant qüvvələri yarandı - Türkiyə 25 xüsusi təyinatlıya təlim keçdi

Azərbaycan ordusu yaradılandan bu yana ilk dəfə hava-desant qüvvələrinə malik olub.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı rəsmi məlumat yayıb.

Məlumatda deyilir ki, Türkiyə Silahlı Qüvvələri tərəfindən Azərbaycanın xüsusi təyinatlı qüvvələr komandanlığının 25 xüsusi təyinatlısına “Hərbi sərbəst paraşüt kursu” təlimi keçilib.

Açıqlamada deyilir ki, 25 Azərbaycan xüsusi təyinatlısı 12 may-20 iyun tarixlərində 6 həftə ərzində paraşüt təlimi keçib.

Bu təlim nəticəsində Azərbaycan xüsusi təyinatlı qüvvələri ilk dəfə havadan tam hərbi təchizatla düşmən arxasına sızma qabiliyyətinə malik olub.

Baş Qərargah Türkiyədə paraşüt təlimi keçən Azərbaycan xüsusi təyinatlılarının ilk qrupunun fotosunu da yayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol