Menu

Xudatda velosipedçini maşın vuraraq öldürüb

27.08.2017, 00:36

Qezada-sinmish-padpres-180912Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Xudat-Yalama yolunda qeydə alınıb. "VAZ 21 07" markalı avtomaşın velosipedçini vurub. Ağır bədən xəsarətləri alan Xudat şəhər sakini, 1952-ci il təvəllüdlü Cəbrayılov Ağadayı Vəliyulla oğlu Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol