Menu

İsmayıllıda toyda atışma nəticəsində bir nəfər ölüb

27.08.2017, 10:59
İsmayıllıda toyda atışma nəticəsində bir nəfər ölüb

İsmayıllı rayonunda keçirilən toy mərasimi zamanı silahlı insident baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, tapançadan açılan atəş nəticəsində bir nəfərin öldüyü bildirilir.

Əldə olunan məlumata görə, hadisə zamanı 7 dəfə atəş açılıb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

İnsidentin kriminal avtoritetlərdən birinin qardaşının toyunda baş verdiyi deyilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol