Menu

«Ermənistanla sərhədlərin açılmasından söhbət gedə bilməz» - Türkiyənin sabiq naziri

27.08.2017, 12:51
«Ermənistanla sərhədlərin açılmasından söhbət gedə bilməz» - Türkiyənin sabiq naziri

Türkiyə Azərbaycanın maraqdarına toxunacaq heç bir addım atmayacaq.

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Avrasiya İqtisadi İttifaqı (AAİİ) ilə Ankara arasında mümkün danışıqları və Türkiyənin Avrasiya İqtisadi Birliyinin Gömrük İtiifaqına daxil olması perspektivlərini şərh edərkən, bu bəyanatı Türkiyənin Avropa İttifaqı işləri üzrə eks-naziri Egemen Baxış səsləndirib.

Bu zaman eks-nazir qeyd edib ki, Türkiyə-Ermənistan sərhədlərinin açılmasından söhbət belə, gedə bilməz.

Baxış qeyd edib ki, Azərbaycan və Türkiyə strateji həmkardırlar.

Bundan əvvəl Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi bəyan etmişdi ki, 2017-ci il ərzində ölkəsinin AAİİ Gömrük İttifaqına daxil olması barədə danışıqlara başlayacağına ümid edir.

Xatırladaq ki, Türkiyə Ermənistanla sərhədlərini 1993-cü ildə bağlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol