Menu

Mark Tvenin ABŞ-dakı ferması satışa çıxarıldı

28.08.2017, 00:47
Mark Tvenin ABŞ-dakı ferması satışa çıxarıldı

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarında (ABŞ) məşhur yazıçı Mark Tvenin ferması satışa çıxarılıb.

Konnektikut ştatında yerdəşən və ərazisi 7 hektardan artıq olan «Jean’s Farm» adlı bu təsərrüfatı 1,85 milyon dollara əldə etmək olar.

«ABC News» telekanalının məlumatına görə, məşhur yazıçı fermanı 1860-cı ildə alıb və kiçik qızı Ceynin şərəfinə «Jean’s Farm» adlandırıb.

Tvenin vaxtilə yaşadığı evin sahəsi 339 kvadrat metrdir. Orada yataq otaqları, 4 vanna otağı və kinoteatr var.

Telekanalın verdiyi xəbərə görə, ərazidə dəniz suyu ilə doldurulmuş hövuz və balıq saxlanan göl də var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol