Menu

ABŞ DİN başçısının qızı Trampı «nifrət doğuran adam» adlandırıb

28.08.2017, 13:48
ABŞ DİN başçısının qızı Trampı «nifrət doğuran adam» adlandırıb

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) daxili işlər naziri Rayan Zinkenin ABŞ hərbi dəniz qüvvələrində (HDQ) qulluq keçən qızı ölkə Prezidenti Donald Trampı transgenlerlərin orduda xidmət keçməsini qadağan edən qərarına görə, demək olar «yıxıb sürüyüb».

Özünün «İnstaqram»ında Cennifer Detelfsen Tpampa «ağzını mumlamağı» tövsiyyə edib və onu ordunun nə olduğunu anlamayan «mənasız»ın biri adlandırıb. Onun sözlərinə görə, son ana qədər siyasi işlərə qarışmamağa çalışıb.

«Bu insan nifrət doğurur. Mən, mümkün olan qədər siyasətdən kənarda durmağa çalışırdım, amma bu, buğışlanası deyil. Mən, bir veteran kimi deyirəm: otur yerində və ağzını yum, sən heç nəyi anlamayan və heç vaxt orluda xidmət keçməyən mənasızın birisən…» - deyə, nazir qızı yazıb.

Bu sözləri şərh edən DİN mətbuat katibi Xezer Svift bəyan edib ki, ailənin üzvləri seçkili vəzifəli şəxslər deyillər və hörmətə, şəxsi mühit toxunulmazlığına layiqdirlər.

Bu ərəfədə ABŞ Prezidenti Donald Tramp transgenderlərin orduda xidmətə qəbul olunmasını qadağan edən fərman imzalayıb. Sənəd 23 mart 2018-ci ildə qüvvəyə minəcək.

Bundan başqa, Tramp cinsi dəyişmək üzrə tibbi əməliyyatların xərcinin ödənilməsini Pentaqona qadağan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol