Menu

Azərbaycanlı zəvvarlar avqustun 29-dan başlayaraq Ərafata çıxacaq

28.08.2017, 20:06

Hecc_ziyaretiAzərabaycanlı zəvvarların vəziyyəti yaxşıdır, sağlamlıqları ilə bağlı narahatlıq yoxdur.

Bu barədə "Report"a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

Məlumatda qeyd olunub ki, azərbaycanlı zəvvarların bir hissəsi avqustun 29-da gecə saatlarında, digər hissəsi isə avqustun 30-u gecə saatlarında Ərafata çıxacaq.

Avqustun 31-də isə Ərəfat vəqfəsi həyata keçiriləcək, əsas Həcc ayinlərinin icrasına başlanılacaq.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 900 nəfər gedib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol