AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Hindistanda tüğyan edən daşqınların qurbanlarının sayı 500 nəfəri ötüb.
Hindistanın Bixar ştatının fövqəladə halların idarə olunması Depatamenti (DMD) dağıdıcı daşqınların nəticəsində həlak olanların sayı barədə son məlumatları səsləndirib.
DMD nümayəndəsi bəyan edib ki, hazırkı ana qədər artıq 514 nəfərin həlak olduğu məlumdur. Amma cəmi bir neçə gün bundan əvvəl onların sayı 379 nəfər olmuşdu. Bir çoxları isə indiyə qədər itkin düşmüş hesab olunur.
Bundan başqa 159 min nəfər sakin öz evini tərk etməyə məcbur olub. Onlar üçün 150 müvəqqəti sığınacaq təşkil olunub. Ümumilikdə, ölkənin 19 ştatının 17 milyon əhalisi təbii fəlakət altına düşüb.
Verilən məlumata görə, bölgədə xilasetmə işləri davam edir. Xilasetmə əməliyyatlarına 1000 nəfərdən artıq fövqəladə xidmət əməkdaşı cəlb olunub.


Şərhlər