Menu

İnstitut rektoru fahişəxana şəbəkəsi yaratdı

23.06.2014, 17:50
İnstitut rektoru fahişəxana şəbəkəsi yaratdı

Fahişəxanalardan biri onun rəhbərlik etdiyi institutun zirzəmisində yerləşib

Moskvanın özəl ali məktəblərindən birinin rektoru fahişəxana şəbəkəsi yaratmaqda günahlandırılaraq həbs edilib.

ANS PRESS-in məlumatına görə, Moskva polisinin bu gün yaydığı məlumata görə, şəbəkəyə pul qarşılığında seksual xidmətlər təklif edən bir neçə sauna, intim-salonlar və gecə klubları daxildir. Fahişəxanalardan biri onun rəhbərlik etdiyi institutun zirzəmisində yerləşib.

Rektorun təşkil etdiyi qrup sistemli şəkildə qızları özəl klinikada tibbi müayinədən keçirirmişlər. Qrupda həm də "PR-menecer" olub və şəbəkəyə yeni qızların cəlb edilməsi ilə məşğul olub. Qrupda həm də kassir və Özbəkistan əsilli yardımçı olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol