AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, hazırda Əfqanıstanda Amerika Birləşmiş Ştatlarının (ABŞ) 11 min hərbçisi «qulluq keçir».
Məlumatı Pentaqon yayıb.
Bundan əvvəl orada 8 min ABŞ hərbçisinin yerləşdiyi bildirilmişdi.
Bu ərəfədə Prezident Donald Tramp Əfqanıstana yönəlik ölkəsinin yeni strategiyasını elan edib. O, Əfqanıstandakı hərbi qruplaşmanın sayını daha 4 min hərbçi ilə artırmaq qərarına gəlib.
Beləliklə, əraziyə daha 1000 nəfər ABŞ əsgərinin gətiriləcəyi gözlənilir…
Maraqlıdır, ABŞ əsgərləri axı nə üçün Əfqanıstanda «qulluq keçməlidir» - onları buraya kim çağırıb?
ABŞ hərbçiləri Əfqanıstanda «taliblərə, mifik terrrorçulara qarşı döyüşür» adı altında, yerli əhaliyə divan tuturlar! Adını da «terrorçuluqla mübarizə» qoyurlar. Amma bu döyüşlərdə bircə ABŞ əsgəri həlak olan kimi, Qərbin bütün «KİV armadası» bir ağızdan - «islamçılar terror aktı törətdilər» deyə, bar-bar bağırır!
Fəqət, bir soruşan da yoxdur ki, axı ABŞ əsgərinin Əfqanıstanda nə işi var?...

Şərhlər