Menu

Asiya İnkişaf Bankının nümayəndələri Bakıya gəlir

31.08.2017, 15:52
Asiya İnkişaf Bankının nümayəndələri Bakıya gəlir

Sentyabrda Azərbaycana Asiya İnkişaf Bankının (AİB) missiyası səfər edəcək.

Trend-in məlumatına görə, "Dövlət idarəetməsinin təkmilləşdirilməsi və dövlət sektorunun səmərəliliyi" layihəsinə alt proqram üzrə missiya sentyabrın 25-dən oktyabrın 2-dək Bakıda olacaq.

Missiyanın məqsədi alt proqrama hazırlıq üçün məlumatların əldə olunmasıdır. AİB alt proqram çərçivəsində Azərbaycana 300 milyon dollar ayırmağı planlaşdırır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol